"Zəhərli" məktubun terrorla əlaqəsi yoxmuş

 "Zəhərli" məktubun terrorla əlaqəsi yoxmuş
  18 Aprel 2013    Oxunub:1149
Obamaya məktub senator Rocer Uikerə "zəhərli" məktubun göndərildiyi gün gəlib.
ABŞ prezidenti Barak Obamaya və senator Rocer Uikerə göndərilmiş "zəhərli" məktubun Boston terroru ilə əlaqəsi yoxdur. Rusiya mətbuatının verdiyi xəbərə görə, Ağ Evdə Obamaya ünvanlanmış şübhəli məktub ələ keçirilib.

FTB-nin verdiyi məlumata əsasən, məktubda güclü təsirə malik zəhər aşkar edilib. Lakin bunun dəqiqləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac var. Məlumatda deyilir ki, məktub Obamaya ötən gün - senator Rocer Uikerə "zəhərli" məktubun göndərildiyi gün gəlib.

Məktubun alınmasından sonra Kapitoli polisi Senatın iki binasının sakinlərini köçürüb.



Teqlər:





Xəbər lenti