Azərbaycanlı jurnalist Amerika Televiziya Akademiyasının münsifləri arasında – FOTOLAR

Azərbaycanlı jurnalist Amerika Televiziya Akademiyasının münsifləri arasında –    FOTOLAR
  14 Aprel 2024    Oxunub:962
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, “Real” Təhlil İnformasiya Mərkəzinin proqramlaşma departamentinin müdiri, “Cinema Radio” Kino Radio Kanalının rəhbəri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımov Los-Angelesdə Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası və Televiziya Fondunun təsis etdiyi 43-cü Kollec Televiziya ‘’College Television Awards’’ mükafatlarının təqdimetmə mərasimində münsiflər heyətinin üzvü kimi iştirak edib.

Təqdimat mərasimindən sonra Kamran Qasımov nominasiyalar üzrə qalib olmuş tələbələr, eləcə də Akademiyanın üzvləri ilə müzakirələr aparıb, bu mükafatın vacibliyini və əhəmiyyətini vurğulayıb.


Qeyd edək ki, Kamran Qasımov ötən il də Kollec Televiziya Mükafatlarının münsiflər heyətində təmsil olunmuşdu.


Kollec Televiziya mükafatları ilk dəfə 1979-cu ildə təqdim edilib. Mükafatın əsas məqsədi kino və televiziya sahələri üzrə təhsil alan tələbələrin, yaxud məzunların fəaliyyətini stimullaşdırmaq, onları yeni layihələrin yaradılmasına təşviq etməkdir.


Bundan başqa, Kamran Qasımov “Deadline Hollywood” jurnalı və Amerika Rejissorlar Gildiyasının birgə təşkilatçılığı ilə keçirilən “Televiziya iddiaçıları” (“Television Contenders”) Forumunda iştirak edib.


Forumda ABŞ televiziya şəbəkəsində yayımlanan TV-şoularla bağlı fikir mübadiləsi aparılıb. Forumun panel müzakirələrinə Codi Foster, Kurt Rassel, Kifer Sazerled və digər dünya ulduzlar qatılıblar.

Səfər iş adamı Azər Əsgərov tərəfindən maliyyələşdirilib.


Teqlər: Televiziya   Media  





Xəbər lenti