Xırdalanda 4-cü sinif şagirdi vəfat edib

   Xırdalanda 4-cü sinif şagirdi vəfat edib
  15 Aprel 2024    Oxunub:896
Xırdalan 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi vəfat edib.
Məktəbdən verilən məlumata görə, Ruslan Kərimov Elşən oğlu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

"Ruslan məktəbimizin fəal şagirdi və dərs əlaçısı idi. Nümunəvi davranışı, səmimi münasibətinə görə müəllimlərin və şagirdlərin sevimlisi idi. Ruslanın parlaq gələcəyi var idi. Təəssüf ki, amansız ölüm hər şeyi yarımçıq qoydu", -məktəbin yaydığı açıqlamada deyilir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti