"Həkimlər məni o dünyadan qaytardılar" - Çingiz Abdullayevdən ilk açıqlama

      "Həkimlər məni o dünyadan qaytardılar"    - Çingiz Abdullayevdən ilk açıqlama
  17 Aprel 2024    Oxunub:1717
"Ölmüşdüm, həkimlər məni o dünyadan qaytardılar. Yenidən doğuldum".
AzVision.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan buraxıldıqdan sonra ilk paylaşımında yazıb:

“Ölmüşdüm. Bu, hekayəmin xülasəsi deyil, həqiqətən baş verənlərdir. Aprelin 6-na keçən gecə və doğum günüm - 7 aprel günü baş verənlər… Yenidən doğuldum. Ölümü necə təsdiqləmək olur? Bütün daxili orqanlar eyni vaxtda fəaliyyətini dayandırdıqda tənəffüs və ürək dayanır. Bir neçə dəqiqəlik koma və ya klinik ölüm insanı "tərəvəz"ə çevirir. Həkimlər məni o biri dünyadan qaytardılar. Allah mənə rəhm etdi, geri qaytardı.

Bu bir neçə gündə yaxınlarıma, ailəmə yaşadığım ağrıları təsəvvür etmək dəhşətlidir.

Hər kəsə təşəkkür etmək istəyirəm! Prezidentimə, bütün dostlarıma, tanışlarıma, oxucularıma və ümumiyyətlə, mənə görə narahat olan bütün insanlara. Hamısına təşəkkür edirəm! Etimadınızı doğrultmağa çalışacağam. Artıq "orada" olmağa macal tapdım. İndi heç qorxmuram. Bir dəfə ölən adam ikinci dəfə ölməkdən qorxmaz. Ancaq tələsməyin. Yəqin ki, hər birimizin öz əcəl vaxtı var. Bu gün xəstəxanadan çıxdım. Fotoda məni "oradan" qaytaran insanlardır. Hər şey üçün onlara təşəkkür edirəm!".

Xatırladaq ki, Ç.Abdullayev ötən həftə səhhətinin kəskin pisləşməsi nəticəsində reanimasiyaya yerləşdirilmişdi.

AzVision.az


Teqlər: yazıçı   Çingiz-Abdullayev   paylaşım  





Xəbər lenti