Qarabağdakı abidələr “danışacaq”

Qarabağdakı abidələr “danışacaq”
  18 Aprel 2024    Oxunub:1061
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi işğaldan azad olunmuş ərazilərdə yeni layihəyə start verib. Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsi ilə bağlı məlumatlılığı artırmaq, Azıx mağarasının timsalında işğal dövründə dünya əhəmiyyətli tarixi-mədəniyyət abidələrimizə vurulan ziyanı beynəlxalq ictimaiyyətə çatdırmağı nəzərdə tutan layihə Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə həyata keçirilir.
“Torpaqlarımızın azad edilməsi işğal dövründə mədəni irsimizə vurulan ziyanı yerindəcə qiymətləndirmək, abidələrimizə qarşı həyata keçirilən erməni vandalizmini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı yaradıb. Həmçinin uzun illər həmin ərazilərimizdə olan tarixi-mədəniyyət abidələrimizi görə bilməyən gənc nəsil mədəni irsimizi yaxından tanımaq şansı qazanıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəniyyət abidələrimiz, onlara vurulmuş ziyan və bərpa işlərilə əlaqədar məlumatlandırıcı və təbliğedici resurslara ciddi ehtiyac yaranıb. Bu ehtiyacın qarşılanması üçün “Danışan abidələr” layihəsinin icrasına başlanılır”, - deyə İctimai Birlikdən bildirilib.

Qeyd olunub ki, layihə çərçivəsində işğal dövründə Azıx mağarasına vurulan ziyan, ermənilərin burada apardığı qanunsuz arxeoloji qazıntılar və hazırda abidənin bərpası ilə bağlı görülən işləri əks etdirən qısametrajlı film hazırlanacaq. “Vizual hekayələr vasitəsilə mədəni bərpa” yanaşmasının tətbiq ediləcəyi multimedia məhsulu öz innovativliyi ilə fərqlənəcək. Hazırlanacaq qısametrajlı film ingilis dilinə tərcümə ediləcək, təqdimatı keçiriləcək və sosial mediada geniş yayılacaq.


Teqlər: QHT  





Xəbər lenti