Dotkom: "Komediya aktyoru Ukraynanı məhv etdi"

Dotkom:    "Komediya aktyoru Ukraynanı məhv etdi"
  19 Aprel 2024    Oxunub:955
Ukrayna prezidenti Vladimir Zelenski özünün ABŞ-dan olan sponsorları naminə ölkəni çökdürdü.
Bu fikri alman əsilli finlandiyalı məşhur biznesmen Kim Dotkom deyib.

Zelenskiyə sui-qəsdi Qərb planlaşdırıb?
“Seçkilərdə qalib gələn komediya aktyoru marioneti olduğu amerikalılar naminə Ukraynanı Rusiya ilə münaqişəyə sövq edərək ölkəni dağıtdı, bütöv bir kişi nəslini məhv etdi”, - o, "X" sosial şəbəkəsində hesabında yazıb.

İş adamı əlavə etdi ki, Zelenski hazırda Vaşinqtondan dəstək ala bilmədiyi üçün “göz yaşları tökür”.

Xatırladaq ki, ABŞ Konqresində Kiyevə 60 milyard dollar məbləğində yardımın ayrılması ilə bağlı hələlik razılıq əldə olunmayıb. Bundan əvvəl ayrılan pullar isə ötən ilin dekabrında bitib.
AzVision.az



Teqlər:   Zelenski   Ukrayna  





Xəbər lenti