Gürcüstan Avropaya qalmaqallı qanunla bağlı şərt qoydu
"Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib ki, Gürcüstanda qəbul etmək istədikləri “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropa Komissiyasının direktivindən daha yumşaqdır:
"Tənqid eşidirik, lakin onu əsaslandırmırlar. Qoy bizə desinlər ki, Avropa Komissiyasının doqquz tövsiyəsindən hansı bəndi ilə təşəbbüs edilən layihə ziddiyyət təşkil edir, biz cavab verəcəyik, lakin hələlik tənqid üçün heç bir əsas yoxdur".
Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.
Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.
AzVision.az
Teqlər: