Taleh Kazımov Dünya Bankının direktoru ilə görüşüb

Taleh Kazımov Dünya Bankının direktoru ilə görüşüb
  22 Aprel 2024    Oxunub:805
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Görüşümüz Yaz Toplantıları çərçivəsində baş tutan mühüm müzakirələrdən biri oldu. DB-nin ölkəmizə potensial dəstək imkanlarını, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri və yeni fəaliyyət istiqamətlərini müzakirə etdik. Həmçinin COP29 gündəliyində olan mühüm məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o bildirib.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   Dünya-Bankı   görüş  





Xəbər lenti