İran gücünü göstərəcək - VİDEO

İran gücünü göstərəcək - VİDEO
  18 Aprel 2013    Oxunub:1796
Tehranda hərbi parad keçirilir.
Bu gün, aprelin 18-də İran Silahlı Qüvvələri Günüdür. Bu münasibətlə İranın sabiq ali lideriAyətullah Xomeyninin məqbərəsi önündə hərbi parad təşkil olunub. Paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir.

Paradı İran Prezidenti Mahmud Əhmədinejad, müdafiə naziri Əhməd Vəhidi və digər hərbi komandirlər, diplomatik nümayəndəliklərin rəhbərləri izləyirlər.

Silahlı Qüvvələr Günü münasibəti ilə bu gün yeni zirehli personal daşıma vasitəsilərinin, yeni helikopter simulyatorunun, həmçinin hərbi telekommunikasiya sahəsində yeni nailiyyətlərin təqdimatı keçiriləcək.Hərbi təyyarələrin hava nümayişi də gözlənilir.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti