Gəncədə qanunsuz tikililər sökülüb - VİDEO

Gəncədə qanunsuz tikililər sökülüb -    VİDEO
  27 Aprel 2024    Oxunub:1060
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib. Bildirilib ki, bu çərçivədə, Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.



"FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb"- deyə məlumatda bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti