Su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı

Su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı
  27 Aprel 2024    Oxunub:970
Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az



Teqlər:





Xəbər lenti