Türkiyədə Məhəmməd Füzuliyə həsr edilən konfrans keçiriləcək
Ankaradakı diplomatik missiyamızda baş tutan görüş zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü ili Türk dünyası ədəbiyyatının tanınmış siması Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzaladığını xatırladan Samir Abbasov bildirib ki, bu münasibətlə Avrasiya Yazarlar Birliyi ilə birgə şeir müsabiqəsi təşkil edilə bilər. Həmçinin Azərbaycan ədəbiyyatından türk dilinə peşəkar tərcümələrlə məşğul olan nəzm və nəsr ustaları üçün təlimlər keçirilə bilər.
Tərəflər cari ilin payızında Türkiyədə Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Azərbaycan, Türkiyə və digər ölkələrin füzulişünas alimlərinin iştirakı ilə beynəlxalq elmi konfransın keçirilməsi və bu münasibətlə birgə iş aparılmasında razılığa gəliblər.
AzVision.az
Teqlər: Türkiyə Azərbaycan ədəbiyyat konfrans