Rövşən Rzayev vəfat edib

   Rövşən Rzayev vəfat edib
  01 May 2024    Oxunub:1005
Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 aprel - Beynəlxalq Caz Günündə dünyasını dəyişib.

Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedeqoq kimi də fəaliyyət göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti