Azərbaycanda şirniyyat festivalı keçiriləcək
Azərbaycanda belə festival bu günədək 4 dəfə keçirilib. Əvvəlki festivallar paytaxt Bakıda baş tutsa da, bu dəfə Şəkidə keçirilməsi daha məqsədəuyğun sayılıb. Əsas səbəb isə Şəki şirniyyatlarının özünəməxsusluğu ilə seçilməsidir. Festivalda Şəki kəndlərinin, ətraf 20 rayonun və 15 ölkənin iştirakı planlaşdırılıb.
Festivalda Azərbaycanın bölgələri də öz şirin xörəklərini (firni,xəşil, şirin plov südlü sıyıq və s. kimi), unlu qənnadı məmulatlarını (paxlava,fəsəli,qatlama,zilviyyə, umac halvası kimi),milli şəkərli şirniyyatlarını (noğul,qoz halvası,səməni halvası və bu kimi),sərgiləyəcəklər.Şirniyyat məhsulları öncədən hazırlanmış şəkildə gətiriləcək.Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda olacaq,öz bölgələrinə məxsus məişət əşyaları, xalça,həsir və s.sərgiləyərək, sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradacaqlar.
Teqlər: