“Dəmir ledi” torpağa qarışdı - FOTOLAR

“Dəmir ledi” torpağa qarışdı - FOTOLAR
  18 Aprel 2013    Oxunub:1729
Ötən gün Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin dəfn mərasimini izləmək üçün Londonun mərkəzində minlərlə insan toplaşıb.
Xanım Tetçerin Britaniya bayrağına sarılmış tabutu atlarla müşayiət edilərək, izdihamla 170 ölkə lideri və rəsmisinin toplaşdığı Müqəddəs Pol kilsəsinə aparılıb.

Ənənəvi Anqlikan mərasimində iştirak edən 2300 insan arasında Britaniya kraliçası Yelizaveta və həyat yoldaşı şahzadə Filip də olub.

Mərasim zamanı xanım Tetçerin siyasi fəaliyyətindən çox şəxsi həyatından bəhs edən London yepiskopu Riçard Karter Tetçerin həm gözəl həyat yoldaşı, həm ana, həm də nənə kimi yadda qalacağını deyib.

Bazar ertəsi Bostonda həyata keçirilən bomba hücumlarından sonra bugünkü dəfn mərasimində təhlükəsizliyin təmin olunmasında 4 min polis iştirak edib.

Qalereya




Teqlər:  





Xəbər lenti