76 yaşlı qocanın faciəvi ölümü

76 yaşlı qocanın faciəvi ölümü
  18 Aprel 2013    Oxunub:1745
Zaqatalada baş vermiş yol qəzasında bir nəfər dünyasını dəyişib.
Zaqatala rayon prokurorluğundan Azvision.az-a verilən məlumata görə, 17 aprel 2013-cü il tarixdə saat 21:30 radələrində 76 yaşlı Bakı şəhəri, Nəsimi rayonu sakini, Qarəhmədov Telman Məmməd oğlu Zaqatalada yolu keçərkən naməlum sürücünün idarə etdiyi maşınla vurulub.
Piyada Telman Qarəhmədov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Sərnişini vuran sürücü hadisə yerindən qaçıb.

Hazırda hadisəni törətmiş sürücünün müəyyən olunaraq istintaqa təqdim olunması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.

Mirvari



Teqlər:  





Xəbər lenti