Musiqi və incəsənət məktəblərinə qəbul başladı
6-31 may tarixlərində tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.
Son dövrlərdə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahat tədbirləri, hər şeydən əvvəl bu sahədə şəffaflığın və effektiv idarəetmənin təmin edilməsi üçün geniş imkanlar yardır. Bu istiqamətlərdən biri kimi Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinet üzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.
Qəbulla bağlı sual yarandığı təqdirdə hər bir rayon üzrə mövcüd olan alternativ dəstək mərkəzlərinə və 147 çağrı mərkəzinə müraciət etməyiniz tövsiyə edilir.
Daha ətraflı məlumatı təqdim olunan "Tez-tez verilən sual-cavab" bölməsi və "Təlimat" vasitəsilə əldə edə bilərsiniz.
AzVision.az
Teqlər: