Bakıda hoteldə zəhərlənən 4 nəfərdən 2-si öldü - YENİLƏNİB

Bakıda hoteldə zəhərlənən 4 nəfərdən 2-si öldü -  YENİLƏNİB
  07 May 2024    Oxunub:1083
Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdıma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub.

Çağırış ünvanında 2 nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb. 2 nəfər (kişi cinsli) isə dəqiqləşməmiş koma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmət göstərilib, müalicələri davam etdirilir. Vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir.

***

Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

AzVision.az Bakupost.az-a istinadən xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə həmin şəxslərin qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Vəfat edənlərdən birinin atasının yüksək vəzifədə işlədiyi qeyd edilir.

Sayt sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşı olub. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır, Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti