Onun sözlərinə görə, hədəfdə Bakı şəhəri üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında paylanmanın optimallaşdırılması var.
“Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib.
Tıxacda keçən ömür, effektsiz ictimai nəqliyyat - Problemin həlli nədir? |
T.Orucov qeyd edib ki, xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır:
“Avtobusların hərəkət sürətinin artırılması üçün ayrılmış zolaqlar şəbəkəsi hazırlanır. Yeni zolaqların salınması istiqamətində iş aparılır. Aidiyyəti qurumlarla birgə zolağın effektivliyi təmin edilir.
Həmçinin qeyd edək ki, sıxlıq olan yerlər müəyyən edilməklə fərdi nəqliyyat vasitələrinin istifadəsinin azaldılması istiqamətində işlər görülür”.
Həmidə İbrahimova
AzVision.az