Leyla Əliyeva üçün özəl gün

Leyla Əliyeva üçün özəl gün
  03 İyul 2014    Oxunub:1199
Bu gün prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.
AzVision.az xəbər verir ki, Leyla Əliyevanın 29 yaşı tamam olur.

Qeyd edək ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı orta məktəbi bitirib. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsinin dunya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib.

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur.

O, 2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Munasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə əkiz oğlan uşaqları dünyaya gəlib.

Uşaqlarının adı Mikayıl və Əlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti