Türkiyə-Azərbaycan biznes forumu keçirilib - FOTOLAR - YENİLƏNİB

Türkiyə-Azərbaycan biznes forumu keçirilib -    FOTOLAR - YENİLƏNİB
  08 May 2024    Oxunub:2143
Mayın 8-də Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.
AzVision.az xəbər verir ki, Baş nazir Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak və çıxış ediblər.

Tədbirdə Azərbaycan və Türkiyədə mövcud biznes, investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduğu bildirilib.

Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

* * *

18:57
Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın iştirakı ilə Türkiyə-Azərbaycan biznes forumu başlayıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, tədbirin açılış mərasimi Türkiyə Palatalar və Birjalar Birliyində baş tutub.

Forumda Birliyin ədri Rifət Hisarcıqlıoğlu, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları gözlənilir.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   biznes   forum  





Xəbər lenti