Serjik sərsəmlədi: "Yenidən qalib gəlmək istəyiriksə..."

   Serjik sərsəmlədi:    "Yenidən qalib gəlmək istəyiriksə..."
  09 May 2024    Oxunub:919
Ermənistanın keçmiş prezidenti, hərbi cani Serj Sarkisyan növbəti dəfə Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, 9 may Qələbə günü münasibətilə erməni xalqına müraciətində revanşist mesajlar da qeyd edib. Xocalı qatili iddia edib ki, onlar yenidən xalqa qələbələr yaşada biləcəklər...

Serjik İkinci Qarabağ müharibəsində darmadağın edilən və 4 ildir ki, hələ də özünə gələ bilməyən Ermənistan ordusunun keçmişini yada salaraq "şanlı" xatirələrdən dəm vurub. Sarkisyan növbəti dəfə qələbələri sıralamaq, şanlı ordu qurmaq üçün hər bir ermənin ilk növbədə, daxili laqeydlik, zərərli ümidsizlik və milli potensiala inamsızlığına qalib gəlməsini vacib sayıb.

Sarkisyandan onu devirən xalqa sual: "Nəyə nail oldunuz?"
"Əgər biz hər şeydən əvvəl Vətənimizi sevsək, gücümüzə inansaq, "şərə" qarşı ədalətli mübarizəmizdə Allahın bizimlə və dayağımız olacağına ümid etsək, yenə qalib gələcəyik", - hərbi cani qeyd edib. O, sovet dövründə döyüşmüş ata- balalarını da xatırladaraq onların qələbə çala bildiklərini deyib.

Sarkisyan xalqa müraciətində sərsəm fikirlərini davam etdirərək "otuz il əvvəl bizim nəslimiz "Artsax"da (Separatçıların Qarabağa verdikəri qondarma ad-red.) "ermənifobiyaya", "barbarlığa"(?) və Azərbaycanın "təcavüzünə"(?) qarşı mübarizədə qələbə qazandı" deyib.

Azərbaycan xalqının başına Xocalı soyqırımı kimi dəhşətli faciələri gətirərək 20 faiz ərazilərimizi işğal edən keçmiş prezidentin xalqımızı "təcavüz"də, "barbarlıqda" ittiham etməsi absurd və gülünc görünür.

O, revanşist xəyallarından əl çəkmədiyini göstərərək Qarabağı ermənilərin "Vətən"i adlandırıb, guya burada ləyaqətlərini müdafiə etdiklərini söyləyib.

Bu gün Ermənistanda Sovet İttifaqının 9 May Qələbə gününü qeyd edirlər. 2020-ci ilə qədər isə ölkədə mayın 9-u Şuşanın zəbt edilməsi və keçmiş Dağlıq Qarabağ bölgəsində separatçılar tərəfindən yaradılmış qondarma "Müdafiə Ordusu"nun yaradılması günü qeyd edilirdi. Qəhrəman hərbçilərimizin, ordumuzun sayəsində bütün bunlara son qoyuldu.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Sarkisyan   Ermənistan   Qarabağ   Qələbə  





Xəbər lenti