Çində bu il inflyasiya 0,1% təşkil edib

   Çində bu il inflyasiya 0,1% təşkil edib
  11 May 2024    Oxunub:618
Yanvar-aprel aylarında Çində istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) illik əsasda 0,1% təşkil edib.
Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb. Belə ki, dörd ayda Çin şəhərlərində müvafiq göstərici 0,1%-ə, kənd yerlərində isə 0%-ə çatıb. Təkcə aprel ayında Çində inflyasiya 0,3% (şəhərlərdə 0,3%, kənd təsərrüfatı sahələrində 0,4%) təşkil edib.

Eyni zamanda yanvar-aprel aylarında ərzaq məhsullarının qiymətlərinin orta səviyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1% azalıb, digər malların qiymətləri isə 0,8% artıb. İstehlak malları sektoru 0,6% azalıb. Xidmət sektorunda inflyasiya isə 1% təşkil edib.

Sənəddə qeyd olunub ki, dörd ay ərzində Çində kirayə daşınmaz əmlak sahəsində indeks illik əsasda 0,2% təşkil edib. Nəqliyyat və telekommunikasiya sahəsində deflyasiya müşahidə olunur (mənfi 1%). Tibbi xidmətlər seqmentində inflyasiya 1,4%, mədəniyyət və təhsil sahəsində 2,2% səviyyəsində olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti