Ən varlılar arasında 4 azərbaycanlı - FORBES

Ən varlılar arasında 4 azərbaycanlı -  FORBES
  18 Aprel 2013    Oxunub:1592
Forbes jurnalı Rusiyanın ən varlı 200 iş adamının siyahısını dərc edib.
Siyahıya ötən olduğu kimi 17, 6 milyard dollarla “Metalloinvesta”nın sahibi Alişir Usmanov liderlik edib. “Alfa-qrup”un səhmdarı Mixail Fridman 16, 5 milyardlıq sərvəti ilə ikinci pillədə qərarlaşıb.

Sİyahıda dörd azərbaycanlı biznesmen də var. Ən uğurlu nəticə “Lukoyl”un prezidenti Vahid Ələkbərova məxsusdur. Azərbaycanlı iş adamı 14, 8 milyardlıq sərvətlə ilk beşliyə düşə bilib.

“Krokus Siti”nin sahibi Araz Ağalarovun isə beş pillə irəliləyərək 1,8 milyard dollarla 56-cı yerdə qərarlaşıb.

“Nortqaz”ın sahibi Fərhad Əhmədov isə 200 milyarder arasında 1,4 milyardla 70-ci yeri tutub.

“AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılov isə 16 pillə geriləyib. Biznesmen 0,75 milyardla 137-ci yerdədir.


Teqlər:





Xəbər lenti