Çində daha bir Azərbaycan Ticarət Evi açılacaq

Çində daha bir Azərbaycan Ticarət Evi açılacaq
  13 May 2024    Oxunub:1166
Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin sayı artırılır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AzVision.az -a bildirilib ki, mayın 15-də Çinin Nankin şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək.

Hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi fəaliyyət göstərir.

AzVision.az


Teqlər: Azərbaycan   Çin   ticarət  





Xəbər lenti