“Deputat olmaq fikrim yoxdur, savadsız adamam” - Şərurlu İsfəndiyar

   “Deputat olmaq fikrim yoxdur, savadsız adamam” -    Şərurlu İsfəndiyar
  14 May 2024    Oxunub:565
“Deputat olmaq fikrim yoxdur. Allah eləməsin. Mənim öz işim var, öz işimi görürəm. Gedib parlamentdə səhv danışaram, savadsız adamam, oxumamışam. Camaatı, dövləti aldadım?”
Bu sözləri Pravda.az-a açıqlamasında “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.

“Mənlik deyil, adımı belə şeylərdə hallandırmasınlar. Parlament seçkisinə namizədliyimi irəli sürməklə bağlı təklif gəlsə, qətiyyən qəbul etmərəm”, - deyə iş adamı əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti