Yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib

Yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
  14 May 2024    Oxunub:593
Ali Məhkəmənin Plenumunun mayın 14-də növbəti iclası keçirilib, Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla birinci instansiya məhkəmələrinə təyinat alan 27 hakimin andiçmə mərasimi keçirilib.
Bu barədə AzVision.az -a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti