Naxçıvanda intensiv yağış fəsadlar törədib - FOTO/VİDEO

Naxçıvanda intensiv yağış fəsadlar törədib -    FOTO/VİDEO
  14 May 2024    Oxunub:788
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində müxtəlif ünvanlarda fərdi yaşayış evlərini, qeyri-yaşayış obyektlərini və digər əraziləri su basması ilə bağlı məlumatlar daxil olub.
FHN-in Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

AzVision.az

Qalereya




Teqlər: hadisə   Naxçıvan   FHN  





Xəbər lenti