Monitorinqlər zamanı həmçinin sənədlərlə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması, dərnək məşğələləri və dərsdənkənar məşğələlərin tədrisi məsələləri ilə bağlı müşahidələr aparılır.
Operativ monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün Elm və Təhsil Nazirliyinin əmri ilə müvafiq komissiya yaradılıb.
Monitorinqlərin yekununda təhsil müəssisələrinin rəhbərlərinə səmərəli tədris mühitinin təmin olunması üçün müvafiq təklif və tövsiyələr verilir.
Qeyd edək ki, tədris ilinin sonuna qədər davam etməsi nəzərdə tutulan operativ monitorinqlərin nəticələrinə uyğun olaraq nöqsanlar aşkar olunan ümumi təhsil müəssisələrinin rəhbərləri barədə müvafiq intizam tənbeh tədbirləri görülür.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə paytaxtdakı 198 və 306 nömrəli tam orta məktəblərdə mayın 14-də keçirilmiş monitorinq prosesinin gedişatını izləyib.
Monitorinqlərin məktəbəqədər təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.
AzVision.az