Sərhədi pozmağa çalışanlar saxlanılıblar - FOTO

   Sərhədi pozmağa çalışanlar saxlanılıblar -    FOTO
  14 May 2024    Oxunub:563
May ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az -a verilən məlumata görə, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: sərhəd   hadisə  





Xəbər lenti