"AZERCELL CUP 2024" müsabiqəsinə start verilir

"AZERCELL CUP 2024" müsabiqəsinə start verilir
  14 May 2024    Oxunub:970
Lider mobil operator 6-7-ci sinif şagirdlərini İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştiraka dəvət edir.
AzVision.az xəbər verir ki, "Azercell Telekom" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində növbəti “AZERCELL CUP” müsabiqəsini elan edir.

Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan müsabiqədə 6-7-ci sinif şagirdləri iştirak edəcəklər.

Müsabiqəyə qeydiyyat https://azercellcup.org saytı vasitəsilə 15-19 may tarixlərində təşkil olunacaq. Üç mərhələdən ibarət müsabiqənin birinci turu 20 may saat 10:00-18:00 arasında keçiriləcək.

Şagirdlərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün 15-19 may tarixlərində əvvəlki illərin sualları əsasında sınaq imtahanı keçiriləcək. Qeydiyyatdan keçənlər sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanının nəticəsi əsas yarışa təsir etmir, sadəcə təcrübə toplamaq məqsədi ilə təşkil edilir.

Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb olunacaqlar.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.

AzVision.az


Teqlər: Azercell   müsabiqə  





Xəbər lenti