Qadına əxlaqsız hərəkət edən şəxs tutulub - VİDEO

Qadına əxlaqsız hərəkət edən şəxs tutulub -    VİDEO
  15 May 2024    Oxunub:840
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində bir qadına zor tətbiq etməklə əxlaqsız hərəkətlərin törədildiyi barədə polisə məlumat daxil olub.
DİN-dən AzVision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il təvəllüdlü Xəyal Ağayev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu izləməyə başlayıb. Heç kimin olmadığı ərazidə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat verə bilərlər.

AzVision.az


Teqlər: hadisə   cinayət   DİN  





Xəbər lenti