Rəşad Nəbiyev belaruslu həmkarı ilə görüşüb

Rəşad Nəbiyev belaruslu həmkarı ilə görüşüb
  15 May 2024    Oxunub:855
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Lyaxnoviçlə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzVision.az -a bildirilib ki, görüşdə dəmiryolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlıqla bağlı müzakirə aparılıb.

Azərbaycandan keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında nəqliyyat sahəsi üzrə rəqəmsallaşma məsələləri barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Belarus   rəqəmsal-inkişaf   görüş  





Xəbər lenti