Yeni Kaledoniyada üsyanlar: Fransa XİN 206 nəfərin saxlanıldığını açıqlayıb

         Yeni Kaledoniyada üsyanlar:    Fransa XİN 206 nəfərin saxlanıldığını açıqlayıb
  16 May 2024    Oxunub:655
Etirazlar Yeni Kaledoniyada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanuna görə başlayıb. Təşəbbüsün əleyhdarları qanunun yerli sakinlərin hüquqlarını zəiflədəcəyinə inanırlar.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, iğtişaşlar zamanı ölənlər olub, bölgədə fövqəladə vəziyyət tətbiq edilib. Sakit Okeanın Fransa sahillərində yerləşən Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının üsyanı zamanı 200-dən çox adam saxlanılıb.

- Yeni Kaledoniyada respublika nizamının bərpasına sadiqik. Artıq 206 aqqressor saxlanılıb -, deyə Fransanın daxili işlər naziri Gerald Darmanin 'France 2' televiziyasına bildirib.

Bir gün əvvəl Fransanın baş naziri Qabriel Attal iğtişaşlar zamanı üç yerli sakinin və bir fransız polisinin öldüyü adada fövqəladə vəziyyətin tətbiqi barədə göstəriş verib. O, Parisin “limanlarının və hava limanlarının təhlükəsizliyini təmin etmək” və asayişi bərpa etmək üçün Yeni Kaledoniyaya əsgər göndərdiyini deyib.

Hazırda asayişin bərpasına 2700 polis və jandarm cəlb olunub.

Etirazları adanın müstəqilliyini tələb edən yerli Kanaki xalqı təşkil edir və onlar adanın son 20 il ərzində oraya köçmüş bəzi Avropa əhalisinə səsvermə hüququ verilərsə, azlıqda qalacaqlarından ehtiyatlanırlar.

Bu gün yalnız 1998-ci ildə Fransanın xaricdəki ərazisinə daha yüksək muxtariyyət verən Noumea müqaviləsi zamanı seçicilər siyahısında olanlar və onların uşaqları səs vermək hüququna malikdir.

Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti