Sahibə Qafarova Parlament Sədrlərinin Konfransında iştirak edib - FOTO

Sahibə Qafarova Parlament Sədrlərinin Konfransında iştirak edib -  FOTO
  16 May 2024    Oxunub:1150
Mayın 16-da Parlamentlərarası İttifaqın İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası öz işinə başlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən xəbərə gör, Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak və çıxış edib.

u gün parlament diplomatiyası və əməkdaşlığı əvvəlki illərlə müqayisədə öz miqyasını genişləndirib. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq etdiyini və yeni mexanizmlər yaratdığını bildirən spiker Sahibə Qafarova bu mənada Parlamentlərarası İttifaqın parlamentlərimiz üçün olduqca mühüm və birləşdirici platforma olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bizim ümumi baxışlarımız, məqsədlərimiz, hədəflərimiz bu təşkilatda əks olunub.

Parlamentlərarası İttifaqın xüsusilə BMT ilə əməkdaşlığının hazırda parlament əməkdaşlığının nə qədər əhəmiyyətli səviyyəyə gəlib çatdığının bariz göstəricisi olduğunu deyən Milli Məclisin sədri inamını ifadə edib ki, növbəti konfransda BMT ilə Parlamentlərarası İttifaq arasında praktiki əməkdaşlığın necə gücləndiriləcəyi ilə bağlı məsələlər nəzərdən keçiriləcək. O vurğulayıb ki, bu çərçivədə biz bu əməkdaşlığın daha sistemli, institusional və praktiki olmasını diqqətə almalıyıq. Bu təbii ki, ümumi çağırışlarla mübarizədə parlamentlərin iştirak səviyyəsini artıracaq.

Çıxışında Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının vacibliyini ifadə edən spiker Sahibə Qafarova deyib ki, dünyamızın üzləşdiyi çağırışları nəzərə alsaq, çoxtərəfli mexanizmlər birgə səylərin, həllərin irəli sürülməsində mühüm rol oynayır. Spikerin sözlərinə görə, ümumi konsensus var ki, çoxtərəfli sistemin əsasında dayanan BMT-nin, o cümlədən, onun Təhlükəsizlik Şurasının effektivliyinin artırılması üçün islahatlar aparılmalıdır. Milli Məclisin sədri, bu mənada Parlamentlərarası İttifaqın BMT-də islahatların aparılmasına dair yeni fikirlər, yeni təkliflər hazırlamasını və bu təkliflərin gələcək iş prosesində nəzərə alınmasını təklif edib. O deyib ki, bu təkliflər həmin prosesdə parlamentlərin töhfəsini təmin edəcəkdir.

Təşkilat Komitəsinin iclası tədbirdə iştirak edən digər parlament sədrlərinin çıxışları ilə davam edib.

AzVision.az


Teqlər: Milli-Məclis   konfrans   iclas  





Xəbər lenti