Bakıda qadın döyüldü: Əri və oğlu saxlanıldı

   Bakıda qadın döyüldü:    Əri və oğlu saxlanıldı
  17 May 2024    Oxunub:599
Mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində bir qadının zorla “VAZ-21011” markalı avtomobilə mindirilərək aparılması müəyyən olunub.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub.

Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti