Kürdəmir və Saatlıda evləri su basıb - FOTO/VİDEO

Kürdəmir və Saatlıda evləri su basıb -    FOTO/VİDEO
  17 May 2024    Oxunub:957
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
FHN-dən AzVision.az -a verilən məlumata görə, ərazilərə Nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.


AzVision.az


Teqlər: hadisə   subasma   FHN  





Xəbər lenti