Hikmət Hacıyev Ceyk Sallivanla görüşüb

   Hikmət Hacıyev Ceyk Sallivanla görüşüb
  17 May 2024    Oxunub:989
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabından bildirib.

"Görüşdə ölkələrimiz arasında əməkdaşlığı, əlaqələrimizin gələcək inkişafını nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlərlə bağlı müzakirə apardıq. Eyni zamanda, regionda sülhün bağlanması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - o yazıb.

AzVision.az


Teqlər: Azərbaycan   ABŞ   görüş  





Xəbər lenti