Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir - Video

Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir -  Video
  18 May 2024    Oxunub:789
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə daxil olan məlumatla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.
AzVision.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısının alınması məqsədilə suyun səviyyəsinin endirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.




AzVision.az




Teqlər:





Xəbər lenti