Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb

   Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
  19 May 2024    Oxunub:798
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib.

Bidirilib ki, dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

M. Allahverdiyevin meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti