Bakıda sexdəki yanğın söndürüldü

  Bakıda sexdəki yanğın söndürüldü
  19 May 2024    Oxunub:961
Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və qarşısına yığılan taxta tullantıları 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı üçmərtəbəli fərdi yaşayış evinin 3-cü mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində yanğın baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bidirilib ki, baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

AzVision.az


Teqlər:





Xəbər lenti