Fatma Abdullazadənin jurnalının təqdimatı oldu

Fatma Abdullazadənin jurnalının təqdimatı oldu
  04 İyul 2014    Oxunub:1097
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadənin “İntro” musiqi albomunun təqdimatı olmuş və o, musiqi proqramı ilə çıxış edib.

Təqdimat mərasimində çıxış edən tanınmış musiqişünas Cahangir Süleymanov “Azərbaycan qadını” jurnalının fəaliyyətini yüksək qiymətləndirib, Sevda Ələkbərzadənin yaradıcılığından söhbət açıb.

Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını”nın növbəti buraxılışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Jurnalın yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar təqdim edilib.

“Azərbaycan qadını”nın səhifələrində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərə geniş yer verilib, Bakıda keçirilən Qafqaz Biomüxtəlifliyi Sammitinin əsas məqsədindən söz açılmış, “Dumanlı Albion”da yurddaşlarımızın diaspor təşkilatlarının fəaliyyətindən danışılıb.

Jurnalın yay buraxılışında oxucuları, həmçinin qadın şairlərlə, “Neftçi”nin canlı əfsanəsi olan Ələkbər Məmmədov, bizə gözəlliyin sadə formulunu açıqlayan müasirimiz Günel Rüstəmova, Azərbaycan orqan-klavesin mədəniyyətinin yaradıcıları və ifaçıları ilə maraqlı görüş gözləyir.


Teqlər:





Xəbər lenti