Azərbaycan para-atleti ilk dəfə dünya çempionu olub

   Azərbaycan para-atleti ilk dəfə dünya çempionu olub
  20 May 2024    Oxunub:720
Azərbaycan para-atleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında birinci olub.
Milli Paralimpiya Komitəsindən AzVision.az -a verilən məlumata görə, o, T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, bu, 25 yaşlı idmançının mundiallarda ilk qızıl medalıdır. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilmiş dünya çempionatında bürünc mükafat qazanmışdı. O, həmçinin Tokio Paralimpiadasında 3-cü yeri tutub.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycanın qadın para-atleti Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda qızıl medalı əldə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti