Prezident kamerunlu həmkarını təbrik edib

 Prezident kamerunlu həmkarını təbrik edib
  20 May 2024    Oxunub:936
Prezident İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Kamerun xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: Prezident   Kamerun   təbrik  





Xəbər lenti