Cavanşir körpüsü sökülür: Saat 5-dən hərəkət dayandırılacaq
![Cavanşir körpüsü sökülür: Saat 5-dən hərəkət dayandırılacaq Cavanşir körpüsü sökülür: Saat 5-dən hərəkət dayandırılacaq](https://azvision.az/photos/2024/05/664af935c187b664af935c187c1716189493664af935c1879664af935c187a-1716190320.jpg)
▪️Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkət 28 May küçəsindən olacaq.
▪️Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini - Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.
▪️S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq.
▪️Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.
▪️K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.
▪️Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Y.Səfərov küçəsində geriyə dönmədən istifadə etmək tövsiyə edilir.
AzVision.az
Teqlər: