"Keyfiyyət Portalı" vahid elektron platforması yaradılıb

"Keyfiyyət Portalı" vahid elektron platforması yaradılıb
  20 May 2024    Oxunub:811
"Keyfiyyət infrastrukturu sahəsində elektronlaşmanın təmin olunması məqsədilə vahid elektron platforma – “Keyfiyyət Portalı” yaradılıb".
AzVision.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən "Milli Metrologiya Forum"unda deyib.

Onun sözlərinə görə, portal 2024-cü ilin aprelin 1-i tarixindən istifadəyə verilib:

"Portal üzərində hazırda işlər davam etdirilir və yaxın tarixdə tam istismara verəcəyik".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: forum   metrologiya  





Xəbər lenti