“Politico”: “İranın gələcək rəhbəri kim olacaq?”

   “Politico”: “İranın    gələcək rəhbəri    kim olacaq?”
  20 May 2024    Oxunub:1140
İran prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması İranın lideri və Ali dini lideri Ayətullah Əli Xameneyinin oğlunu atasının əsas mümkün varisi edir.
AzVision.az xəbər verir ki, Avropanın məşhur “Politico” qəzetinin ehtimalına görə, İran prezidenti İbrahim Rəisinin ölkə rəhbərliyinə sədaqəti onun İranın Ali lideri kimi Əli Xameneyini əvəz edə biləcəyi ilə bağlı mülahizələri son illərdə gücləndirmişdi. İndi isə onun ölümü ilə Xameneyinin vəzifəsinə əsas namizədin onun oğlu Müctəbanın olacağına ölkədə və xaricdə bir çoxlarında daha çox əminlik yaranacaq.

Vaşinqtonun “Demokratiyaları Müdafiə Fondu”nun baş əməkdaşı Behnam Ben Taleblunun iddiasına görə, mərhum prezident Xameneyinin dövlətin başında görmək istədiyi adam idi.

“Lakin Rəisinin ölümü varis seçmək prosesini daraldır və Xameneyinin oğlu potensial namizədlərdən biridir”, - Taleblu deyib.

Bu arada İranın sabiq Xarici İşlər naziri Cavad Zərif İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasında ABŞ-ni günahlandırıb. Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Vaşinqton Tehrana təyyarə və təyyarə hissələrinin satışına embarqo qoyub. Bu isə son nəticədə belə qəzaları şərtləndirən amil rolunu oynayır.

- Bu hadisə ABŞ-nin İrana qarşı cinayətləri siyahısına daxil ediləcək. Prezidentin helikopterinin qəzaya uğraması faciəsində ABŞ günahkardır”, - Zərif Cavad vurğulayıb.

Maraqlıdır ki, 17 yaşında beynəlxalq tələbə vizası ilə ABŞ-nin San-Fransisko şəhərindəki özəl “Drew” kollecində, Kaliforniya və Denver Universitetlərində təhsil, habelə bakalavr və magistr elmi dərəcələrini almış Cavad Zərif son onilliklərdə İranın ən qərbpərəst Xarici İşlər nazirlərindəт biri kimi tanınır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Xameneyi   Zərif  





Xəbər lenti