Kallas: “NATO əsgərləri artıq Ukraynadadır”

   Kallas:    “NATO əsgərləri artıq Ukraynadadır”
  20 May 2024    Oxunub:854
NATO-ya üzv olan bir sıra ölkələr artıq Ukraynada cəbhə xətti yaxınlığında ukraynalı hərbçilərə təlim keçməyə başlayıb.

AzVision.az xəbər verir ki, Estoniyanın baş naziri Kaya Kallas “Financial Times” qəzetinə müsahibəsində bəzi ölkələrin ukraynalı əsgərlərə döyüş meydanında təlim keçdiyini deyib. Onun sözlərinə görə, həmin ölkələr bunu öz məsulıiyyətləri və riskləri əsasında edirlər. Buna görə də, onların rus ordusunun zərbələri altına düşməsi NATO ilə hərbi toqquşma anlamına gəlmir.

"Qərbli hərbi təlimatçıların Rusiya Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalacağı halda, bu, bir NATO üzvünə hücumun bütün alyansa hücum kimi qəbul edilməsinə cavab tələb edən blok Nizamnaməsinin 5-ci maddəsinin avtomatik tətbiqi demək deyil. Bu belə işləmir, avtomatik olaraq baş vermir. Ona görə də, bu qorxular əsassızdır”, - Kallas vurğulayıb.

Estoniyanın baş naziri onu da bildirib ki, NATO hərbi kontingentinin Ukraynaya göndərilməsi məsələsi açıq qalır, eyni zamanda indi blok ölkələri heç nəyi istisna etməməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Estoniya   Ukrayna  





Xəbər lenti