İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb

      İlham Əliyev:    Regionda sülh üçün tarixi imkanlar yaranıb
  20 May 2024    Oxunub:695
Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yarandığını bəyan edib.
AzVision.az -ın məlumatına görə, Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, dövlət başçısı Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunaraq, onun hər hansı nəticəyə hasil olmadığını, o zaman ərazilərimizin işğalının davam etdiyini vurğuladı.

Hazırda isə sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd etdi.

AzVision.az


Teqlər:





Xəbər lenti