İran səfirliyi qarşısına əklillər qoyulub - FOTO

İran səfirliyi qarşısına əklillər qoyulub -  FOTO
  20 May 2024    Oxunub:1009
İranın Azərbaycandakı səfirliyinin binası önündə mayın 19-da helikopter qəzasında həlak olmuş şəxslərin xatirəsi üçün güşə yaradılıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, ölkə vətəndaşları İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəvi surətdə həlak olması ilə əlaqədar İran xalqına dəstək nümayiş etdirirlər.

Sakinlər yaradılmış xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad ediblər.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. İranda 5 günlük matəm elan edilib.

AzVision.az


Teqlər: İran   səfirlik   xatirə  





Xəbər lenti